Telefondakı android tətbiqləri kompüterlə idarə etmək olacaq


Digərləri 08 Avq 2020 08:35:00 151 0

Telefondakı android tətbiqləri kompüterlə idarə etmək olacaq

Windows 10-a əlavə edilən yeni funksiya sayəsində artıq android istifadəçiləri telefondakı tətbiqləri kompüter vasitəsilə idarə edə biləcəklər.

Son.az ted.az-a istinadən bildirir ki, bunun üçün istifadəçi kompüterə "Telefonunuz" tətbiqini yükləməli, daha sonra tətbiqlər bölümünə daxil olmalıdır.

Bu tətbiq vasitəsilə kompüterdə birdən çox tətbiqi eyni vaxtda idarə etmək mümkün olacaq.

Bu funksiyadan ilk olaraq Android 9 Pie və daha sonrakı əməliyyat sistemlərinin istifadəçiləri yararlana biləcəklər.

Funksiya Samsung cihazlarda artıq aktivdir və onu aşağıdakı smartfonlar dəstəkləyir:

Samsung Galaxy Note 9

Samsung Galaxy S9

Samsung Galaxy S9+

Samsung Galaxy Note10

Samsung Galaxy Note10+

Samsung Galaxy Note10 Lite

Samsung Galaxy Fold

Samsung Galaxy S10

Samsung Galaxy S10+

Samsung Galaxy S10 Lite

Samsung Galaxy S10e

Samsung Galaxy A8s

Samsung Galaxy A30s

Samsung Galaxy A31

Samsung Galaxy A40

Samsung Galaxy A41