Operatorlar “5G” internetin real sürətini açıqlayıblar


Digərləri 08 Avq 2020 07:11:00 134 0

Operatorlar “5G” internetin real sürətini açıqlayıblar

Dördüncü nəsil mobil şəbəkələrlə müqayisədə "5G" baza stansiyaları qoşulma sürətinin xeyli artırılmasını vəd edir - bu yaxınlarda elektronika istehsalçıları 4,3 Qbit/s sürətinə nail olmağa müvəffəq olublar. Amma test laboratoriyasından kənarda bu göstərici adətən aşağı olur. Cənubi Koreyanın aparıcı rabitə operatorları yeni avadanlığın faktiki imkanları haqqında danışıblar.

Son.az ictnews.az-a istinadən bildirir ki, statistika 2020-ci ilin yanvar-iyun ayları ərzində 3 telekommunikasiya şirkəti tərəfindən toplanılıb: "SK Telecom", "KT" və "LG Uplus". Bu operatorların şəbəkələrində orta yükləmə sürəti müvafiq olaraq 789, 652 və 528,6 Mbit/s təşkil edib.

İnsanların sıx olduğu yerlərdə fayllar təxminən 654 Mbit/s sürətlə yüklənilib. Tədqiqat pik vaxtlarda kitabxana, universitet, park, xəstəxana, terminal, metro və sərgi mərkəzləri daxil olmaqla ölkənin 11 min nöqtəsində keçirilib.