103 obyektdə nöqsan aşkarlandı


Digərləri 07 Avq 2020 21:45:00 179 0

103 obyektdə nöqsan aşkarlandı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 241 müəssisədə reyd keçirilib.

Agentlikdən Son.az-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 103-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Hermes", "VİP", "Bərəkət", "Vüqar", "Kübar", "Praqa", "Super", "Dondurma" marketlər, Hüseynov Nazim Ayaz oğluna və Əsgərov Əsgər Bahadur oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Xaçmaz rayonunda Ağayev Rifaq Sabir oğluna, Hüseynov Ramin Şəfayət oğluna məxsus ət satışı mağazaları (fəaliyyətləri məhdudlaşdırılmışdır), "Bərəkətli" market

Qusar rayonunda "444", "Xutorok", "Xıdır", "Şahnabat" restoranları, Axundlu Səxavət Vahid oğluna, Balakişiyev İmran Muxtar oğluna, Nəsruyev Vladik Ramaldin oğluna, Vəlimətova Təhminə Hüseynbala qızına məxsus kafelər

Şamaxı rayonunda Adıgözəlov Araz Seyid oğluna, Məmmədov Sadıq Zayıd oğluna, Quliyeva Nubar Bayram qızına, Məmmədov Sabir Balaş oğluna məxsus marketlər, Qarayev Rauf Ənvər oğluna məxsus yeməkxana, Həsənov Vüsət Nəriman oğluna məxsus kafe

Ağsu rayonunda Abdullayev Adil Məhəmməd oğluna məxsus ət satışı mağazası, Həsənov Anar Əli oğluna və Valehli İlkin Mahir oğluna məxsus kafelər, Məmmədova Aynur Əflatun qızına, Nuriyev Teyyub Rufulla oğluna məxsus ərzaq mağazaları

İsmayıllı rayonunda Əsgərli Vasif Nemət oğluna məxsus kafe, Alızadə Toğrul Vüqar oğluna, Bəşirov Asif Baba oğluna, Şirinova Aynur İslam qızına, Şalbızov Azad Nəriman oğluna, Səlimov Kamran Mustafa oğluna, Qurbanova Lətifə Əli qızına məxsus marketlər

Göyçay rayonunda İsmayılov Tərlan Cavid oğluna, Məmmədrəhimov Rahim Səlim oğluna, Məmmədrəhimov Arif Səlim oğluna, Əhmədov Elmir Məhəmmədzahir oğluna, Cəbiyev Tələt Neyman oğluna, Adıgözəlov Şahin İsrayıl oğluna, Məmmədov İlham Qurban oğluna, İsmayılov Elnur Cavid oğluna, Məmmədov Elşən Nusrət oğluna, Vəlixanov Azad Feyzulla oğluna, Hüseynov Orxan Nəsib oğluna, Kazımov Cəlal Yaşadur oğluna, Verdiyev Hüseyn Nurməmməd oğluna, Cəfərov Ariz Nəcəf oğluna, Səmədov Qara Nəbi oğluna, Cəfərov Araz Nəcəf oğluna məxsus ət satışı mağazaları

Kürdəmir rayonunda Sədiyev Əfqan Abdulla oğluna və Xəlilov İsa Sədi oğluna məxsus kafelər, Kərimov Nicat Müsübət oğluna məxsus market