Portuqaliyada pensiya yaşında olan tibbi heyət yenidən işə qəbul edilir


Dünya 07 Avq 2020 21:32:00 136 0

Portuqaliyada pensiya yaşında olan tibbi heyət yenidən işə qəbul edilir

Portuqaliyanın Səhiyyə Xidməti koronavirus pandemiyasının öhdəsindən gəlməyə kömək etməyə hazır olan mütəxəssisləri gözləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Portuqaliya Prezidenti Marselu Rebelu di Soza əvvəllər pensiyaya çıxan tibbi heyətin işə qəbulu üçün müstəsna rejimin uzadılmasını bəyənib. Həkimlər 2021-ci ilin sonunadək Milli Səhiyyə Xidməti müəssisələrinə qayıda bilərlər.

Bu tədbirdən məqsəd Portuqaliya səhiyyəsini COVID-19 pandemiyası şəraitində tibbi yardım göstərilməsi üçün zəruri olan ixtisaslaşdırılmış resurslarla təmin etməkdir.

Dövlət xəstəxanalarında və klinikalarda tibbi yardıma yüksək tələbatın olduğu şəraitdə öz vəzifələrini yerinə yetirməyi bacaran yeni kadrlar çatışmır. Buna görə də onların yerləri pensiyaçılara təklif olunur.