Türkiyə kəşfiyyatı Beyrutdakı partlayışın səbəbini araşdırır


Dünya 07 Avq 2020 19:52:00 123 0

Türkiyə kəşfiyyatı Beyrutdakı partlayışın səbəbini araşdırır

Türkiyə kəşfiyyatı Beyrut limanındakı partlayışın səbəbini araşdırır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyada cümə namazından sonra jurnalistlərinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı hər hansı dəqiq məlumat əldə edilməyib.

"Beyrutdakı partlayışın miqyası çox böyükdür. Bu, həqiqətən çox böyük fəlakətdir. Türkiyə bu məsələdə Livanı tək qoymayacaq", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Yunanıstanla Misir arasında Şərqi Aralıq dənizi ilə bağlı imzalanan müqaviləyə də münasibət bildirib. O qeyd edib ki, bu müqavilənin Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur.