Koronavirusdan sağalan hər 4 nəfərdən 1nin saçları sürətlə tökülür


Digərləri 07 Avq 2020 14:01:00 151 0

Koronavirusdan sağalan hər 4 nəfərdən 1nin saçları sürətlə tökülür

Koronavirusdan sağalanların əksəriyyətinin saçları ciddi şəkildə seyrəkləşir.

Son.az The Sun-a istinadla xəbər verir ki, koronavirusdan sağalan hər dörd nəfərdən birinin saçı sürətlə tökülməyə başlayır.

Britaniyada koronavirusdan sağalan 1500 nəfər arasında aparılan onlayn sorğu nəticəsində məlum olub ki, onların 27 faizinin saçları keçəlləşib.

Ekspertlər bunu stressin həddindən artıq artması ilə əlaqələndiriblər.

Bundan əlavə, koronavirusdan sağalanların ağciyərləri bir müddət sonra zəifləməyə başlayır və sağlamlıqla bağlı problemlərə səbəb olur.

Qeyd edək ki, ötən aylarda aparılan araşdırmalara gör,ə keçəl kişilər koronavirusu daha ağır şəkildə keçrirlər. ABŞ-ın Braun universitetinin professoru Carlos Wambier apardığı araşdırmaların nəticələrini açıqlayarkən bildirib ki, koronavirusdan əziyyət çəkənlərin çoxu saçı tökülmüş kişilərdir. Buna səbəb kimi həm kişilik hormonu, həm də saç tökülməsinə səbəb olan androgenlərin koronovirusun hüceyrələrə hücumunu artırması göstərilir.

Bəxtiyar Umarlı Son.az