Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb


Digərləri 07 Avq 2020 12:11:00 169 0

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

2020-ci ilin iyununda Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 164,255 milyon dollar təşkil edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 45,979 milyon dollar çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin iyununda Türkiyədən Azərbaycana ixrac 137,728 milyon dollar, Azərbaycandan idxal isə 26,527 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 63,039 milyon dollar artaraq 970,168 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 811,597 milyon dollar, Azərbaycandan idxal isə 158,571 milyon dollara bərabər olub.