"Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi prioritet məsələlərdəndir"


Digərləri 07 Avq 2020 11:49:00 123 0

"Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi prioritet məsələlərdəndir"

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Bu da ölkə başçısının daima vətəndaşın yanında olmasına dəlalət edir.

Son.az xəbər verir ki, bunu Trend-ə deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb:

"Təqribən 5 milyona yaxın vətəndaşı əhatə edən sosial dəstək tədbirlərin nəticəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirləri qorundu; 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi; 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur; 100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edildi; iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində isə onu demək olar ki, 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb.

Ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub.

Azərbaycan Prezidentinin göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib. Həmin şəxslərə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Bu məqsədlə 229 milyon manat sərf olunub. İşsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsi genişləndirilir. Hazırlanmış yeni qanunverciilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi qeyd edilib.