"Yasak elma"nın yeni seriyaları yararsız oldu


Digərləri 07 Avq 2020 11:38:00 163 0

"Yasak elma"nın yeni seriyaları yararsız oldu

"Yasak elma" serialının yeni mövsüm üçün lentə alınan bölümləri yenidən çəkiləcək.

Son.az axşam.az-a istinadən bildirir ki, 3 mövsüm "Erim" obrazına həyat verən İlber Uyqar Kabaoğlu ekran işindən uzaqlaşıb.

Onun yerinə isə aktyor Arda Adil Gölgen seriala daxil olub. Kadrlar arzuolunan kimi alınmadığı üçün bölümlər yararsız olub.

İndi isə obraz üçün Haktan Zavlak ilə müqavilə bağlanıb.