Məşhur qrupun növbəti konsertinin tarixi bəlli olub


Digərləri 07 Avq 2020 07:07:00 145 0

Məşhur qrupun növbəti konsertinin tarixi bəlli olub

Amerikanın məşhur "Guns n' Roses" rok qrupu COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınmış qastrol səfərlərinin tarixini dəyişərək növbəti konsertinin İspaniyanın Seviyya şəhərində keçirəcəyinə qərar verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, konsert 2021-ci il iyunun 5-də reallaşacaq.

Məlumatda qeyd olunub ki, qrupun Avropa turu çərçivəsində "Benito Villamarin" stadionunda keçirmək istədiyi konsert əvvəlcə bu ilin may ayının 23-nə təyin olunmuşdu.

Avropa turunun promoutoru "Live Nation" özünün sosial şəbəkələrindəki hesabında bildirib ki, tarixlər dəyişildiyi üçün qrupun çıxışı növbəti ilin iyun ayında Lissabon, London və ya Münhen kimi şəhərlərə də təyin olunub.

Qeyd edək ki, Seviyyada təxirə salınmış konsert üçün alınan biletləri tamaşaçılar qrupun növbəti çıxışı zamanı istifadə edə biləcəklər.