Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub


Digərləri 06 Avq 2020 22:20:00 159 0

Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

Qazax Milli Universiteti nəzdində Beynəlxalq Vaksinologiya Mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.

Son.az ted.az-a istinadən bildirir ki, koronavirusa qarşı ilk peyvənd edilən şəxs Vaksinologiya Mərkəzinin direktoru Kaysar Tabınov olub.

Ona Avstraliyada hazırlanmış və indi klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub.

Xatırladaq ki, Qazaxıstanda koronavirus vaksininin hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır.