Ucuz Nokia C3 təqdim edildi


Digərləri 06 Avq 2020 21:20:00 177 0

Ucuz Nokia C3 təqdim edildi

"Ağıllı" telefon bazarında son vaxtlar çox da diqqət çəkməyən şirkətlərindən olan Nokia ucuz Nokia C3 ilə sükutu pozub.

Son.az ted.az-a istinadən bildirir ki, aşağı seqmentli Nokia C3 qalın çərçivəli standart dizaynla qarşımıza çıxıb.

Barmaq izi sensoru arxasında olan telefon iki fərqli rəngdə dizayn edilib. Bir çox modeldən fərqli olaraq batareyası (3040 mAs) dəyişdirilə bilən telefon gücünü səkkiznüvəli Unisoc SC9863 prosessorundan alır.

Cihazın operativ yaddaşı 3GB, daxili yaddaşı isə 32GB-dır. Bu göstərici yaddaş kartı vasitəsilə 128 GB-a qədər artırıla bilər.

Smartfonun ön kamerası 5, əsas kamerası isə 8 meqapikseldir.

MicroUSB enerji yığan telefon 5W enerjiyığma sürətinə malikdir. 5,99 düymlük LCD ekran daşıyan model HD+ görüntü verə bilir.

İlk olaraq Çində satışa çıxarılacaq telefonun qiyməti 100 dollardan başlayır. Əvvəlcədən sifariş etdikdə isə smartfon 95 dollara başa gəlir.