DualShock 4ün Arxa Açar Aksesuarı Dual Sensedə istifadə edilməyəcək


Digərləri 06 Avq 2020 20:55:00 176 0

DualShock 4ün Arxa Açar Aksesuarı Dual Sensedə istifadə edilməyəcək

Sony Dual Sense veb saytını yeniləyib. Yenilənmə DualSense-in 360 dərəcədə görünməsinə imkan yaradır. Bu görüntüyə baxdığımız zaman DualShock 4 üçün nəzərdə tutulan arxa açar aksessuardan Dual Sense-də istifadə edilə bilməyəcəyi görünür.

Son.az ted.az-a istinadən bildirir ki, DualShock 4 üçün hazırlanan aksesuar oyunçulara əhəmiyyətli üstünlüklər qazandırdı. Çünki oyunçular bu aksesuarla 16 fərqli tapşırıq təyin edə bilərdi. Əslində DualShock 4-in bu aksesuarı PC oyunlarında istifadə etdiyimiz makro parametrləri xüsusiyyətini PlayStation 4-ə gətirdi. Deyəsən DualSense-də bu tip aksesuar olmayacaq.

DualShock 4 üçün hazırlanmış aksesuar çox yaxınlarda təqdim edilmişdi. Oyunçular bu aksessuarı PlayStation 5-də də istifadə edilə biləcəyini düşünürdülər. DualSense veb saytındakı məlumatlarda da belə bir aksesuar yoxdur. Bundan əlavə, DualSense-in arxa dizaynı bu aksesuara çox uyğun görünmür. Görək Sony yaxın günlərdə bu mövzuda rəsmi bir açıqlama verəcəkmi.