Aberdində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq


Dünya 06 Avq 2020 19:52:00 195 0

Aberdində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq

Şotlandiyanın liman şəhəri Aberdində koronavirusa yoluxanların sayında artım müşahidə edildiyi üçün sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şotlandiyanın Birinci naziri Nikola Stercen çərşənbə günü müşahidə olunan artıma görə Aberdində məhdudiyyətlərin sərtləşdirildiyini elan edib. O, qaydalara əməl olunmasa əraziyə əlavə polis qüvvələrinin göndəriləcəyini də söyləyib.

Səlahiyyətlilər bar və restoranların açılmasının buna səbəb olduğunu bildiriblər.

Qeyd edək ki, 54 nəfərin test nəticəsi müsbət olduqdan sonra onların təmasda olduğu 191 nəfər də karantinə alınıb.