Polşada koronavirusa rekord sayda yoluxma qeydə alınıb


Dünya 06 Avq 2020 17:52:00 140 0

Polşada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Polşada sutka ərzində rekord sayda koronavirusa yoluxma qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən gün Polşada 726 nəfər virusa yoluxub.

Bundan əvvəlki rekord bu həftənin əvvəlində qeydə alınmışdı. Avqustun 4-də ölkədə 680 nəfər koronavirusa yoluxmuşdu.

Bu günədək ölkədə virusa yoluxanların sayı 49 515 nəfərə çatıb, onlardan 1 774 nəfəri ölüb.