Rusiyada dəmiryol stansiyasında partlayış:


Dünya 06 Avq 2020 15:12:00 157 0

Rusiyada dəmiryol stansiyasında partlayış:

Rusiyanın İvanovo şəhərində dəmiryol stansiyasının deposunda partlayış olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, depoda təmir işləri zamanı sisterndə buxar partlayıb.

Hadisə nəticəsində deponun bir işçisi həlak olub. Daha bir nəfər isə ikinci dərəcəli yanıq xəsarəti alıb.

Xəsarət alan işçi xəstəxanaya yerləşdirilib.