Rusiyada son sutkada 5 267 nəfər koronavirusa yoluxub


Dünya 06 Avq 2020 15:07:00 175 0

Rusiyada son sutkada 5 267 nəfər koronavirusa yoluxub

Rusiyada koronavirusa yoluxanların sayı 870 min nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 5 267 nəfər virusa yoluxub, 116 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 871 894 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 14 606 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 676 357 nəfər virusdan sağalıb, 180 931 nəfərin müalicəsi isə davam edir.