Neftçalada saxta arayış verən həkim barəsində cinayət işi başlandı


Digərləri 06 Avq 2020 14:12:00 175 0

Neftçalada saxta arayış verən həkim barəsində cinayət işi başlandı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Neftçalanın Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan bir qadına Bakı şəhərindəki xəstəxanaların birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib.  

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.