"Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var"


Digərləri 06 Avq 2020 13:01:00 129 0

"Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var"

Naxçıvan blokadadır. Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib: "Naxçıvan ayrılan az vəsaitlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın, yoxsa Ermənistanla döyüşsün? Biz bu gün Naxçıvanı qorumalıyıq. Bu gün ordumuz Naxçıvanda Türkiyə ilə birlikdə təlimlər aparır. Üçüncü oxunuşa qədər bu məsələyə yenidən baxılsın, Naxçıvana kifayət qədər vəsait ayrılsın. Bu gün blokada şəraitində olan Naxçıvanın qorunması çox vacibdir. Oradakı insanlar məhsulu heç yerə çıxara bilmir. İranla, Türkiyə ilə də yol bağlıdır".