İndiyə kimi fərdi sahibkarlara 170 milyon manatdan çox vəsait ödənilib


Digərləri 06 Avq 2020 12:44:00 135 0

İndiyə kimi fərdi sahibkarlara 170 milyon manatdan çox vəsait ödənilib

Nazirlər Kabinetinin dünən verdiyi qərarla Azərbaycanda pandemiya dövründə zərər çəkən və təsirlərə məruz qalan sahibkarların dövlət tərəfindən dəstəyi əlavə bir ay uzadılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu, həmin sahibkarların muzdla çalışanların əhəmiyyətli hissəsinin, fərdi sahibkarların isə böyük bir hissəsinə dövlət tərəfindən yardımların davam etməsi deməkdir.

Xüsusi qeyd edim ki, bu ilin 1 iyul tarixinə qədər bütövlükdə 24 300 sahibkarın 210 min muzdlu işçisinə, 105,6 min fərdi sahibkara isə dövlət bütövlükdə 170 milyon manatdan çox vəsait ödəyib.