Koronavirusa yoluxan və ölən tibb işçilərinə təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb RƏSMİ


Digərləri 06 Avq 2020 11:27:00 139 0

Koronavirusa yoluxan və ölən tibb işçilərinə təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb  RƏSMİ

Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur.

Son.az xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Maliyyə Nazirliyi tərəfindən koronavirusa yoluxmuş tibb işçilərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, o cümlədən ölüm halında birdəfəlik təzminatın ödənilməsi ilə bağlı təkliflər hazırlanıb. Hazırda layihənin reallaşdırılması üçün aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.