Oyun meydançasında beton plitə aşdı:


Dünya 06 Avq 2020 10:38:00 161 0

Oyun meydançasında beton plitə aşdı:

Rusiyanın Həştərxan vilayətində 11 yaşlı oğlan uşağı oyun meydançasında oynayarkən beton plitə onun üstünə aşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə Leninski rayonundakı idarəsi məlumat yayıb.

Hadisə avqustun 5-i axşam saatlarında Yabloçkova küçəsində yerləşən binalardan birinin həyətindəki oyun meydançasında baş verib. Uşaq beton plitəyə bərkidilmiş nərdivanla qalxarkən istinad divarı onun üzərinə aşıb.

Azyaşlı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.