Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb


Digərləri 06 Avq 2020 09:54:00 201 0

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb

Şəhid general-mayor Polad Həşimovun Qəbələdə ikinci ən böyük küçəyə adının verilməsi bir sıra KİV-lərdə yanlış şəkildə işıqlandırılıb.

Son.az Trend-ə istinadən xbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.

O, Polad Həşimovun adının verildiyi küçənin əvvəlki adının Həzi Aslanov olmadığını bildirib:

"Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küçəsinin bir hissəsinə verilib".