Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb


Dünya 06 Avq 2020 08:53:00 154 0

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Virusoloq Anatoli Altşteyn Rusiyada koronavirusun ikinci dalğasının mümkün vaxtını bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, mütəxəssis "Komsomolskaya Pravda"ya açıqlamasında ikinci dalğanın oktyabr-noyabr aylarına təsadüf edəcəyini deyib.

O, əlavə edib ki, COVID-19-un mövsümi hərəkətliliyi dəqiq ifadə olunmadığından, onun isti havada "sakitləşəcəyi" ümidləri doğrultmadı: "Ancaq görünür, oktyabr-noyabr aylarında - sərin və nəm iqlim şəraitində koronavirus daha aktiv olur".