ABŞ ölkə seçkilərinə müdaxilə edənlər barədə məlumat üçün $10 milyon mükafat vəd edir


Dünya 06 Avq 2020 08:03:00 151 0

ABŞ ölkə seçkilərinə müdaxilə edənlər barədə məlumat üçün $10 milyon mükafat vəd edir

ABŞ hakimiyyəti ölkənin prezident seçkilərinə müdaxilə etməyə çalışan şəxslər haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat ödəməyə hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.

"Dövlət departamentinin "Ədalət yardım uğrunda mükafat" proqramı xarici hökumətin rəhbərliyi və ya nəzarəti altında fəaliyyət göstərən ABŞ seçkilərinə müdaxilə edən hər kəsin kimliyini və harada olduğunu müəyyənləşdirən məlumatlara görə 10 milyon dollaradək mükafat təklif edir", - M.Pompeo deyib.