“Toshiba” 320 milyon dollar dəyərində yeni elmi tədqiqat mərkəzi tikəcək


Digərləri 06 Avq 2020 07:01:00 120 0

“Toshiba” 320 milyon dollar dəyərində yeni elmi tədqiqat mərkəzi tikəcək

"Toshiba" şirkəti Yaponiyada süni intellekt və kibertəhlükəsizlik texnologiyalarının hazırlanmasında ixtisaslaşan yeni elmi tədqiqat mərkəzinin inşasına 34 milyard yen (təxminən 321 milyon dollar) xərcləmək niyyətindədir.

Son.az ictnews.az-a istinadən bildirir ki, Yaponiyanın "Nikkei" nəşrinin məlumatına görə, layihə çərçivəsində şirkət Kavasaki şəhərində 60 illik tarixə malik elmi tədqiqat mərkəzini qismən yenidən quracaq. İnşası planlaşdırılan biri 12 mərtəbəli olmaqla iki binada 3 min əməkdaş çalışacaq. Tutumuna və ölçüsünə görə yeni kompleks mövcud binanı iki dəfədən çox üstələyəcək.

Yeni elmi tədqiqat mərkəzində süni intellekt və kvant kriptoqrafiyası üzərində çalışan işçi heyəti cəmləşəcək. "Toshiba" əməkdaşlarının fəaliyyət spektrinə fundamental tədqiqatlar və biznes əlavələrinin yaradılması daxil olacaq.

Tikintisinə 2022-ci ilin yanvarında başlanılacaq kompleksin açılışı 2023-cü ilin aprelinə nəzərdə tutulur. O, Kavasaki mərkəzini və "Böyük Tokio" rayonundakı digər "Toshiba" elmi tədqiqat resurslarını birləşdirəcək.