Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə:


Digərləri 05 Avq 2020 19:01:00 66 0

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə:

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər avqustun 6-dan 31-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar. Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə); - şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə; - xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; - təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə; - doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə; - şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə; - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə; - uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə; - evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə; - 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə); - qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış; - hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə; Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

Qoşunlarda yay tədris dövrü başlayıb  FOTO like
  • 05 Avq 18:58  
Digərləri Qoşunlarda yay tədris dövrü başlayıb FOTO

2020-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunu

arrow Ətraflı
Ayrılmaq məcburiyyətində qaldılar like
  • 05 Avq 18:52  
Digərləri Ayrılmaq məcburiyyətində qaldılar

Aktrisa Ebru Şahin və basketbolçu Cedi Osman bir müddət sonra ayrılmaq mə

arrow Ətraflı
Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar verilib like
  • 05 Avq 18:49  
Digərləri Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar verilib

Axşam pik saatlarda sərnişin axınını idarə etmək üçün ekspres xətlə

arrow Ətraflı
Emmanuel Makron Livana səfər edəcək like
  • 05 Avq 18:46  
Dünya Emmanuel Makron Livana səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron avqustun 6-da Livana səfər edəcək.

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 05 Avq 18:40  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Azərbaycan nefti bahalaşır like
  • 05 Avq 18:34  
Digərləri Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi like
  • 05 Avq 18:30  
Digərləri Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 109 şəhid ailəsi və Q

arrow Ətraflı
Bu ilin birinci yarımilində 13 min 310 cinayət qeydə alınıb like
  • 05 Avq 18:28  
Digərləri Bu ilin birinci yarımilində 13 min 310 cinayət qeydə alınıb

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 202

arrow Ətraflı
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı like
  • 05 Avq 18:25  
Siyasət Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Milli Məclisin avqustun 6-da keçiriləcək plenar iclasının gündəliyi aç

arrow Ətraflı
Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb like
  • 05 Avq 18:22  
Dünya Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində Nide

arrow Ətraflı
Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı like
  • 05 Avq 18:21  
Digərləri Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı

Bu gün premium markalı yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 q

arrow Ətraflı
"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?" like
  • 05 Avq 18:16  
Şou-biznes "Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

"Bir neçə gündür müşahidə edirəm, susuram, üstümə gəlirsiz. Mə

arrow Ətraflı
AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi  FOTO like
  • 05 Avq 18:10  
Digərləri AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə koronavirus (CO

arrow Ətraflı
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanıldı like
  • 05 Avq 18:04  
Digərləri Bakıda onlayn yolla narkotik satan şəxs saxlanıldı

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tə

arrow Ətraflı