Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü


Dünya 05 Avq 2020 16:11:00 165 0

Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü

Banqladeşdə ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1918 yoluxma və bu virus səbəbindən 50 ölüm faktı qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə virusa yoluxanların ümumi sayı 244 min 20 nəfərə, ölənlərin sayı isə 3234-ə çatıb.

Bildirilir ki, virusa yoluxanların 57 faizi sağalıb, 1,33 faizi isə ölüb. Pasiyentlərin böyük hissəsi evdə və ya yaşadıqları yerlərdə müalicə alır.

Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.