Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı


Dünya 05 Avq 2020 15:10:00 144 0

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Postimees" quruma istinadən xəbər verib.

"Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar", - Departamentdə deyiblər.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.