Bakıda 1 milyonluq qızılları oğurlanan qadının kimliyi bəlli oldu


Digərləri 05 Avq 2020 15:38:00 198 0

Bakıda 1 milyonluq qızılları oğurlanan qadının kimliyi bəlli oldu

Bakıda 1 milyonluq qızılları oğurlanan şəxsin kimliyi məlum olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxs paytaxt sakini, 1969-cu il təvəllüdlü Zülfiyyə Əliyevadır.

Məlumata görə, oğurlandıqdan sonra 75 min dollara satılan qızılı iki nəfər oğurlayıb. Onlar ev sahibinin tanışları olublar və qadının evdə olmayacağı vaxtı planlaşdıraraq mənzilə daxil olublar. Evdə heç bir dağıntı törətmədən birbaşa seyfi xüsusi aparatla kəsərək içindən qızılları aparıblar.

Bir milyon manatlıq qızıl-zinət əşyalarının içində qızıl sikkələr, qara brilliantlar, medalyonlar və kolyelər olub.

Cinayəti törətməkdə şübhəli bilinənlərdən biri - 25 yaşlı Tural Rəhimli saxlanılıb. Onun ortağı olmaqda şübhəli bilinən 40 yaşlı Əkbər Salmanov isə hələ ki, istintaqdan gizlənməyi bacarıb.

Faktla bağlı istintaq davam etdirilir.