Əhali dənizə üz tutur


Digərləri 05 Avq 2020 15:12:00 205 0

Əhali dənizə üz tutur

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq yaradılan pulsuz çimərliklərdən biri də Pirşağı çimərliyidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Operativ Qərargahın çimərliklərlə bağlı qərarına əsasən bu gündən Pirşağı çimərliyi də istifadəyə verilib.

Karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərlikdə lazımi şərait yaradılıb. Karantin rejiminin tələblərinə əsasən çimərlikdə toplam 200 yer sayı müəyyən olunub. Bu günə olan məlumata görə, çimərlikdə hazırda cəmi 46 boş yer mövcuddur. Çimərlik həftənin bütün günləri 08.00-21.00-a qədər fəaliyyət göstərəcək.

"Cimerlik.az" portalına daxil olaraq, Pirşağı çimərliyi və digər çimərliklərdəki doluluq səviyyəsini öyrənə bilərsiniz.

Çimərlikdə istirahət edən vətəndaşlar çimərlikdə yaradılan vəziyyətdən və çimərliklərə qoyulan qadağanın götürülməsindən razılıqlarını bildiriblər.