Beyrutda baş verən partlayışda BMTnin


Dünya 05 Avq 2020 08:36:00 125 0

Beyrutda baş verən partlayışda BMTnin

Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış nəticəsində BMT-nin əməkdaşları da xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Al Jazeera" telekanalına BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farhan Hak deyib.

F.Hak bildirib: "Beyrutda baş verən partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb".

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.