Ağ Evlə Demokrat qanunvericilər yardım paketini müzakirə edir


Dünya 04 Avq 2020 20:14:00 144 0

Ağ Evlə Demokrat qanunvericilər yardım paketini müzakirə edir

Ağ Ev rəsmiləri və Konqresin yüksək səlahiyyətli nümayəndələri bu gün yenidən bir araya gəlib koronavirusla mübarizəyə yardım paketi haqda razılıq əldə edilməsinə çalışacaq.

Nümayəndələr Palatasının Demokrat spikeri Nensi Pelosi bazar ertəsi bildirib ki, nümayəndələrin gecə saatlarında görüşdüyünü bildirib. O, çərşənbə axşamı günü Senatın Demokrat lideri Çak Şumerlə bərabər maliyyə naziri Stiven Mnuçin və Ağ Ev aparatının rəhbəri Mark Medousla müzakirələrin növbəti raundunun keçiriləcəyini bildirib.

Danışıqlar bundan əvvəlki iqtisadi yardım paketinin bir hissəsi olan həftədə $600 dollarlıq federal işsizlik müavinətinin vaxtının bitməsindən bir neçə gün sonra başlanılıb.

"Bu yolda irəliləyiik. Fikir ayrılıqları hələ də var. Biz ehtiyaclarla bağlı daha aydın təsəvvür əldə etməyə çalışırıq," Pelosi bazar ertəsi iki saat davam edən müzakirələrdən sonra jurnalistlərə bildirib.

Pelosi və digər Demokratlar ödənişləri 2020-ci ilin sonuna qədər uzatmaq istəyir. Prezident Donald Tramp və onun administrasiyası isə əlavə yardımın ilk olaraq həftədə $200 dollara qədər azaldılması və eyni zamanda işini itirənə qədər bir işçinin həftəlik maaşının 70 faizinin ödənməsinin nəzərdə tutulduğu yardım paketi üzərində işi davam etdirməyə çalışır.

Bazar günü CBS News kanalının "Face the Nation" proqramında verdiyi açıqlamasında Mark Medous "hələ qarşıda uzun yollarımız var. Yaxın zamanda bir həll yolunun tapılacağı ilə bağlı nikbin deyiləm" deyib.

Tətəflərin yardım paketinin həcmi ilə bağlı təklifləri bir-birindən çox fərqlidir. Demokratlar yeni xərclər üçün $3 trilyon dollar təklif edir, Respublikaçılar isə bu rəqəmi $1 trilyon dollarla məhdudlaşdırmağa çalışır.