Bu ölkə Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verdi


Dünya 04 Avq 2020 17:24:00 145 0

Bu ölkə Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verdi

Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası Azərbaycanı epidemioloji təhlükəsiz ölkələr baxımından "yaşıl siyahıya" daxil etmək qərarına gəlib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, indi Azərbaycan vətəndaşlarına COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya giriş icazəsi verilir.

İyunun 1-dən etibarən Monteneqro hökuməti xüsusi giriş meyarları tətbiq edir. Bu qaydalara görə, 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlıdır.