Gəlin koronavirus çıxdı, toya gələnlər karantinə alındı


Dünya 04 Avq 2020 16:34:00 128 0

Gəlin koronavirus çıxdı, toya gələnlər karantinə alındı

Gəlin toyunun səhəri gün koronavirus olduğunu öyrənib.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Tokat vilayətində yaşayan Ö.M. adlı qadın ailə qurduğu günün səhəri özünü halsız hiss etməyə başlayıb. Yüksək qızdırma ilə xəstəxanaya yatırılan gəlinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Gəlində koronavirus aşkarlandığına görə toyda iştirak edənlərin sağlamlıq vəziyyətinin yoxlanılması və karantinə alınması barədə tapşırıq verilib.

Qeyd edək ki, Türkiyə bir müddətlik karantin rejimi tətbiq etsə də, sonradan toyların keçirilməsinə icazə verilib. Hazırda Türkiyə koronavirusa yoluxma sayına görə onyeddinci yerdədir. Bu ölkədə 5700-dən çox insan Covid-19 səbəbindən dünyasını dəyişib.