Qəhvə içmək beyin üçün mütləqdir Neyrobioloqlar


Digərləri 03 Avq 2020 23:39:00 208 0

Qəhvə içmək beyin üçün mütləqdir  Neyrobioloqlar

Beyini tonusda saxlamaq və müxtəlif nevroliji, beyin xəstəliklərindən qorunmaq üçün qara şokolad və təmiz qəhvə içmək nəinki olar, hətta mütləqdir.

Son.az medicina.az-a istinadən bildirir ki, bu nəticəyə ABŞ və Yaponiya neyrobioloqları son elmi tədqiqatlarının sonunda gəiblər.

Neyrobioloqlar kofeinin beynin işinə təsirini öyrənir. Bu dəfə bir neçə nüfuzlu təşkilat qəhvənin həqiqətən beyin üçün lazımlı olması qərarına gəlib.

Con Hopkins Universitetinin alimləri qəhvə və qara şokoladda olan metilksantin adlı orqanik birləşmənin beyinə təsirini öyrənib.

Məlum olub ki, bu maddə neyron şəbəkəsinin aktivliyinə təsir edir. Bu isə insanı insult, yaddaş pozuntusu, Alsgeymer, Parkinson xəstəliyindən qoruya bilər.