Son 5 gündə Hdnda koronavirusa yoluxanların gündəlik sayı 50 mini ötür


Dünya 03 Avq 2020 23:10:00 155 0

Son 5 gündə Hdnda koronavirusa yoluxanların gündəlik sayı 50 mini ötür

Hindistanda ötən sutka yeni növ koronavirusa (COVID-19) 52 min 972 yoluxma qeydə alınıb. Ölkə üzrə ümumi yoluxma sayı 1,8 milyonu ötüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son 5 gündə ölkədə gündəlik yoluxma sayı 50 mindən çox olub. Ötən gün Hindistan gündəlik yoluxma hallarının sayına görə ABŞ-ı da qabaqlayıb.

Nazirlik COVID-19 virusuna yoluxmuş 771 nəfərin ötən gün öldüyünü, bununla da ölkədə koronavirus qurbanlarının sayının 38 min 135-ə çatdığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.