"Eyni anda 100 minə yaxın şəxs çimərliklərdə istirahət edə biləcək"


Digərləri 03 Avq 2020 18:19:04 168 0

"Eyni anda 100 minə yaxın şəxs çimərliklərdə istirahət edə biləcək"

Bakı və Sumqayıtda eyni anda 100 minə yaxın şəxsin eyni anda çimərlikdə istirahət etmək imkanı olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu rəqəm ötən illərlə müqayisədə aşağı deyil: "Düşünmürük ki, çimərliklərdə növbələr yaransın, cidi problemlər olsun. Bu monitorinq aparılan çimərliklərə aiddir. Bundan əlavə digər çimərliklər də açıqdır, vətəndaşlarımız bu çimərliklərdən də istifadə edə bilərlər".