Sabiq Roma papası ağır xəstələnib


Dünya 03 Avq 2020 18:31:00 136 0

Sabiq Roma papası ağır xəstələnib

Sabiq Roma papası, 16-cı Benedikt adı altında kilsəyə rəhbərlik etmiş Yozef Ratsinger ağır xəstələnib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu sabiq papanın bioqrafı Peter Zevald bildirib.

Qeyd olunur ki, 93 yaşlı rahib üz dərisinin kəskin iltihabından əziyyət çəkir. Bu xəstəlik onda Almaniyaya səfərindən sonra aşkar edilib.

Bioqrafın sözlərinə görə, Y.Ratsinger çox zəifləyib, hətta vəsiyyətini tərtib edərək dəfn olunacağı yeri də müəyyənləşdirib.