Xarici ölkələrlə aviareyslərin artırılması nəzərdə tutulur


Digərləri 03 Avq 2020 17:46:42 130 0

Xarici ölkələrlə aviareyslərin artırılması nəzərdə tutulur

Azərbaycanla xarici ölkələr arasında aviareyslərinin artırılması nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, burada məqsəd xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsini asanlaşdırmaqdır.

PA rəsmisi, eyni zamanda, vətəndaşları xarici ölkələrə getməkdən çəkinməyə çağırıb: "Zəruri hallar istisna olmaqla xarici ölkələrə səfərlərdən çəkinmək lazımdır".