Rusiyada son sutka ərzində 5394 nəfər COVID19a yoluxub


Dünya 03 Avq 2020 16:04:00 146 0

Rusiyada son sutka ərzində 5394 nəfər COVID19a yoluxub

Rusiyada son sutka ərzində daha 5394 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 856 264 nəfərə çatıb.

Son sutka ərzində 79 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 207 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 653 593 nəfərdir.