Pakistanda koronavirusdan 52 nəfər öldü


Dünya 03 Avq 2020 14:40:00 151 0

Pakistanda koronavirusdan 52 nəfər öldü

Son sutkada Pakistanda COVID-19 koronavirusuna 1393 nəfər tutulub və ölkədə belə xəstələrin sayı 279 min 698 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son gündə 52 xəstə vəfat edib və ölənlərin sayı 5 min 976 nəfərə çatıb.

Xəstəxanalarda olan 25 min 145 xəstədən 1064-nün vəziyyətinin ağır olduğu bildirilir.