Bu şəxslər koronavirusa yoluxmurlar


Digərləri 03 Avq 2020 13:15:00 178 0

Bu şəxslər koronavirusa yoluxmurlar

Mütəxəssislərə tam aydın olmasa da, infeksiyalarda belə bir termin var - anergiya. Bu o deməkdir ki, hər hansı bakteriya və ya virusu insanların immun sistemi görmür. Yəni virus həmin şəxsləri yoluxdura bilmir.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

İSİM-in şöbə müdiri əlavə edib ki, virus həmin şəxslərə düşə bilər, ancaq orqanizmdə qalmır:

"Bu şəxslərdə virus qalmır. Çünki onların hüceyrələri virus və ya mikroba həssas deyil və onu qəbul etmir".