Karantində elektron qolbaq daşımaq məcburi oldu


Dünya 03 Avq 2020 11:31:00 149 0

Karantində elektron qolbaq daşımaq məcburi oldu

Sinqapura gələn hər kəs, o cümlədən xarici vətəndaşlar iki həftəlik karantin müddətində xüsusi elektron qolbaq taxmalıdır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sinqapurun Təhsil Nazirliyinin və İnsan Resursları Nazirliyinin İmmiqrasiyaya Nəzarət Xidmətinin birgə yaydığı müraciətdə qeyd olunub.

Qayda yalnız 12 yaşınadək uşaqlara şamil edilməyəcək.

Elektron qolbağı taxmaqdan imtina edən şəxsləri 7,2 min dollar (12 240 manat) cərimə və ya altı aya qədər həbs gözləyir.