Bəzi insanların koronavirusu rahat keçirməsinin səbəbi bilindi


Dünya 03 Avq 2020 11:38:00 167 0

Bəzi insanların koronavirusu rahat keçirməsinin səbəbi bilindi

Bəzi insanların koronavirusu rahat keçirməsinin səbəbi məlum olub.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb həmin insanın orqanizmindəki T hüceyrələridir.

Bəzi insanların koronavirusu rahat, simptomsuz, bəzilərinin isə ağır şəkildə keçirməsinin səbəbinin orqanizmdəki T hüceyrələrinin olması ABŞ-da aparılan araşdırmalar zamanı müəyyənləşib.

İmmun sistemi anadangəlmə yaranan və sonradan əmələ gələn olmaqla iki növə ayrılır. Doğuşdan yaranan immun sistemi viruslara qarşı mübarizədə daha güclü təsir göstərir.

CNN-in xəbərinə görə, orqanizmə virus düşən zaman bədəndə yaranan T hüceyrələri hərəkətə keçərək onu məhv etməyə çalışırlar. Sözügedən hüceyrələr üç növdə olurlar.

Lakin mütəxəssislərin fikrincə həmin hüceyrələr virusdan sizi tamamilə qorumurlar, sadəcə o qədər assimptomik hala gətirirlər ki, siz bunu hiss etmirsiniz.

Onlar düşünür ki, həmçinin bu hüceyrələr virusu başqa insana keçə bilməyəcək hala gətirirlər.

Bəxtiyar Umarlı Son.az