İraqın şimalında 6 PKK terrorçusu məhv edilib


Dünya 02 Avq 2020 08:54:00 170 0

İraqın şimalında 6 PKK terrorçusu məhv edilib

İraqın şimalında Türkiyənin Hərbi Hava Qüvvələrinin və Milli Kəşfiyyat Təşkilatının birgə əməliyyatı keçirilib.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, əməliyyat nəticəsində 6 PKK terrorçusu məhv edilib:

"Türkiyə HHQ və MİT-in İraqın şimalında Qara rayonunda birgə əməliyyatı zamanı 6 PKK terrorçusu zərərsizləşdirilib. Terrorçular Türkiyə HHQ-nin zərbəsi nəticəsində zərərsizləşdirilib".