Azərbaycanda zəlzələ olub


Digərləri 02 Avq 2020 07:59:00 200 0

Azərbaycanda zəlzələ olub

Avqustun 1-də yerli vaxtla saat 23:54-də Qobustan stansiyasından 23 kilometr qərbdə - Şamaxı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Son.az-a verilən məlumata görə, zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.