"Nigar Camal az qaldı kəməri boğazına taxıb danışsın"


Şou-biznes 29 İyl 2020 18:56:00 197 0

"Nigar Camal az qaldı kəməri boğazına taxıb danışsın"

Müğənni Şəbnəm Tovuzlu qalmaqala səbəb olan "Gucci" kəmərini tərsinə taxması məsələsindən bəhs edib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi "7 canlı" proqramında qonaq olan zaman aparıcı Vüsalə Əlizadə "Kəməri tərsinə taxdı və çox yazıldı. Bu, doğrudan tərsinə taxılmışdı, yoxsa reklam idi" sualını ünvanlayıb.

Şəbnəm "Hamı onu çox qabartdı. İnsan yanlış edə bilməz? Sağ olsun, Nigar xanım (müğənni Nigar Camal) belə dedi. Nə olsun, ola bilsin sən dünyanı gəzmisən, "Gucci"ni boynundan asırsan. Həmin gün o qədər çəkilişim var idi ki, paltarlarımı maşında dəyişirdim" cavabını verib.

"Nigar Camal, Musa-Təranə, yoxsa Vəfa Şərifova ilə barışarsan" sözlərinə Şəbnəm "Çox şeyi unutmuşam, o yaralara qayıtmaq istəmirəm. Nigar Camal az qaldı kəməri boğazına taxıb danışsın. Biz uyğun gəlmirik. Mən başqa, o insanlar başqa qəlbə sahibdilər. Dostluq etsəm də, mənə kürəkdən dəyən daşı unutmuram. Nahaq yerə məni ağrıdıb axı" reaksiyasını verib.