Koronavirusla bağlı Kürdəmirdə son vəziyyət necədir?


Digərləri 29 İyl 2020 12:31:00 151 0

Koronavirusla bağlı Kürdəmirdə son vəziyyət necədir?

İyulundan 5-dən bu günə qədər Kürdəmirdə 38 nəfər virusa yoluxub, onlardan 5 nəfər sağalaraq evə buraxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son günlər Kürdəmirdə yoluxmanın artmasının səbəbi bir nəfər qadının Bakı şəhərinin Qaradağ rayonundan Kürdəmirin Pirli kəndinə yas mərasiminə gəlməsi olub.

Nəticədə yas mərasimində iştirak edən digər insanlar yoluxub. Yoluxanların əksəriyyətini qadınlar təşkil edir.

Yoluxma şübhəsi olan vətəndaşlar müayinə olunur və test nəticəsi müsbət çıxanlar karantinə yerləşdirlir.

Artıq qonşu evlərdə dezinfeksiya işləri aparılıb və yaxma analizləri götürülüb.