"Instagram"ın istifadəçiləri mobil tətbiqin ön kameranı gizli şəkildə aktivləşdirdiyini aşkar ediblər


Digərləri 29 İyl 2020 07:35:00 222 0

"Instagram"ın istifadəçiləri mobil tətbiqin ön kameranı gizli şəkildə aktivləşdirdiyini aşkar ediblər

"Instagram"ın istifadəçiləri mobil tətbiqin ön kameranı gizli şəkildə aktivləşdirdiyini aşkar ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mobil proqramın arzuolunmaz aktivliyi haqqında ilk olaraq "iOS 14" beta versiyasını quraşdırmış "iPhone" qurğusunun sahibləri xəbər tutublar. Çünki yeni sistemdə işlək kamera və ya qoşulmuş mikrofon haqqında bildiriş funksiyası əlçatandır. İstifadəçilər qeyd ediblər ki, onlar sadəcə, şəkil lentinə baxdıqda belə ön kamera aktivləşib.

"Instagram" xidmətinin nümayəndələri bildiriblər ki, bu vəziyyət mobil proqramdakı səhvlə bağlı olub və aradan qaldırılır. Onlar əmin ediblər ki, mobil tətbiq yalnız istifadəçinin istəyinə uyğun olaraq kameranı qoşur.